إعدادات العرض
Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir
Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir
Əbu Səid əl-Xudridən belə söylədiyi rəvayət edilir: Müaviyə məsciddə oturan bir dəstənin yanına gəldi və dedi: Nə üçün oturmusunuz? Onlar dedilər:“Biz Allahı zikr etmək üçün oturmuşuq”. O, dedi: Allaha and için ki, bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, bundan başqa bir şey üçün oturmamışıq. O, dedi: Mən sizi töhmət (yalanda ittiham) etmək üçün sizə and içdirmədim. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim qədər yaxın elə bir adam yoxdur ki, sayca məndən az hədis rəvayət etsin: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir dəstə səhabəsinin yanına gəlib dedi: “Nə üçün oturmusunuz?” Onlar dedilər: “Biz Allahı zikr edib, bizi İslama hidayət etdiyinə və onunla bizə bəxş etdiyi nemətlərinə görə Ona həmd-səna etmək üçün oturmuşuq". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha and için ki,yalnız bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, ondan başqa bir şey üçün oturmamışıq. O, dedi: «Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî മലയാളം Kiswahili Português සිංහල دری Svenska አማርኛ অসমীয়া ไทย Tiếng Việt Yorùbá Кыргызча ગુજરાતી Malagasy नेपाली Oromoo Română Nederlands Soomaali پښتو తెలుగు Kinyarwanda ಕನ್ನಡ Српски Moore Lietuvių ქართული Українська Čeština Magyar Македонскиالشرح
Müaviyə bin Əbi Süfyan (Allah hər ikisindən razı olsun) məsciddəki bir dəstənin qarşısına çıxdı və onlardan nə üçün toplaşdıqlarını soruşdu. Onlar dedilər: Allahı zikr edirik. Və o, (Allah ondan razı olsun) onlardan, oturmaqlarında və toplanmalarında Allahı zikr etməkdən başqa bir şey istəmədiklərinə dair and içməklərini istədi. Onlar da ona and içdilər, Sonra onlara dedi: Mən sizi nə töhmət olaraq, nə də ki, doğruluğunuzda şübhə etdiyimə görə and içdirmədim. Sonra o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanındakı məqamını və Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) heç kəsin onun qədər yaxın olmadığını bildirdi. Çünki Ummu Həbibə onun bacısı, Peyğəmbərin isə zövcəsi idi, özü də vəhy katiblərindən (Quranı yazanlardan) idi. Buna baxmayaraq o, çox az hədis nəql etmişdi. Və onlara danışdı ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün evindən çıxdı və gördü ki, onlar məsciddə oturub Allahı zikr edirlər və onları İslama hidayət etdiyinə və bunu onlara bəxş etdiyinə görə Allaha həmd-səna edirlər. O, (Allahın salavatı və salamı onun üzərinə olsun) onları sorğu-sual etdi və Müaviyənin (Allah ondan razı olsun) yoldaşlarına and içdirdiyi kimi onlara and içdirdi. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları sorğu-sual etməsinin və onlara and içdirməsinin səbəbini onlara dedi: Beləki mələk-Cəbrail (Allahın salamı onun üzərinə olsun) onun yanına gəlib ona dedi ki, izzət və cəlal sahibi olan Allah mələklər yanında sizinlə öyünür və fəxr edir, sizin fəzilətinizi və yaxşı əməllərinizi onlara göstərir və onların qarşısında sizi tərifləyir.فوائد الحديث
Müaviyənin (Allah ondan razı olsun) fəziləti və elmi yaymaqda Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) örnək almasına olan hərisliyi.
Yalanda ittiham etmədən, xəbərin əhəmiyyətini vurğulamaq üçün and içdirməyin icazəli olması.
Zikr və elm məclislərinin fəziləti və Allahın bu məclisləri sevməsi və mələklər qarşısında onunla (məclisin iştirakçıları ilə) öyünməsi.