إعدادات العرض
“Möminin halı necə də təəccüblüdür, onun hər halı xeyirdir və bu, mömindən başqa heç kəsə aid deyil
“Möminin halı necə də təəccüblüdür, onun hər halı xeyirdir və bu, mömindən başqa heç kəsə aid deyil
Suheybdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: “Möminin halı necə də təəccüblüdür, onun hər halı xeyirdir və bu, mömindən başqa heç kəsə aid deyil. Əgər ona bir sevinc toxunsa, şükür edər və bu onun üçün xeyir olar. Əgər başına bir müsibət gəlsə, səbir edər və bu onun üçün xeyir olar”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Kiswahili Português සිංහල دری অসমীয়া ไทย Tiếng Việt አማርኛ Svenska Yorùbá Кыргызча ગુજરાતી नेपाली Oromoo മലയാളം Română Nederlands Soomaali پښتو తెలుగు Kinyarwanda ಕನ್ನಡ Malagasy Српски Moore ქართული Čeština Magyar Українська Lietuvių Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) möminin vəziyyətinə və halına gözəl şəkildə təəccüb edir. Çünki onun hər bir halı xeyirdir və bu mömindən başqa heç kəs üçün belə deyil. Əgər ona bir sevinc toxunsa, buna görə Allaha şükür edər və şükrünə görə əcr qazanar. Əgər başına bir müsibət gəlsə, səbr edər və mükafatını Allahdan umar və səbr etdiyinə görə əcr qazanar. Beləliklə o, hər bir halında savab qazanar.فوائد الحديث
Yaxşı günlərə şükür etmək və çətinliyə səbr etməyin fəziləti. Hər kim bunu edərsə, hər iki dünyanın xeyrinə nail olar. Hər kim nemətə şükr və müsibətə səbr etməzsə, savabdan məhrum olar və günah qazanar.
İmanın fəziləti və hər bir halda mükafatın yalnız iman sahiblərinə aid olması.
Yaxşı günlərdə şükr etmək, sıxıntıda isə səbr etmək möminlərin xüsusiyyətlərindəndir.
Özünə bir zərər toxunduğu zaman daim qəzəb içində olan kafirdən fərqli olaraq, Allahın qəza və qədərinə iman, mömini bütün hallarında tam razı salır. Kafir Allahdan bir nemət əldə edərsə, bu onu nəinki Allaha itaətdən yayındırar, üstəlik bu neməti Ona asi olmağa sərf edər.
التصنيفات
Nəfislərin təmizlənməsi