إعدادات العرض
Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi
Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi
Numan bin Bəşir (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi nəsib olan bir camaatın misalı kimidir. Aşağıda olanlar su əldə etmək üçün yuxarıdakıların yanına gedib dedilər: “Nə yaxşı olardı biz öz hissəmizdə bir deşik açardıq və bizdən üstəkilərə zərər verməzdik." Əgər yuxarıdakılar onların istədiklərinə manə olmasalar, hamısı bütövlükdə həlak olarlar, yox əgər onlara mane olsalar, birlikdə xilas olarlar”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල Русский Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda తెలుగు Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qayda-qanunlarına riayət edən, Allahın əmrini yerinə yetirən, yaxşı işlər görməyi əmr edən, pislikdən çəkindirən insanları misal gətirmişdir. Bir də, Allahın qanunlarından kənara çıxanları, haqqı tərk edənləri, pislik edənləri və bunun da toplumun nicat tapmasına mənfi təsiri olanları misal gətirmiş və bəyan etmişdir ki, bunların misalı, gəmiyə minən bir tayfanın misalı kimidir. Gəminin üstündə kimin, alt hissəsində kimin oturacağına dair püşk atarlar və onların bəzilərinə üstdə, bəzilərinə isə altda yerləşmək nəsib olar. Bu arada alt hissədə yerləşənlər su istədikdə yuxarıdakıların yanına gedərdilər. Sonra altda olanlar dedilər: “Biz yuxarıdakılara əziyyət verməmək üçün aşağıda öz yerimizdə bir deşik açsaydıq." Əgər yuxarıdakılar onlara bunu etməyə izn versələr, gəmi hamı ilə birlikdə batar. Yox əgər bunu onlara qadağan edib, mane olsalar, hər iki dəstə nicat tapar.فوائد الحديث
Toplumları qorumaq və onların nicat tapmasına dəstək üçün xeyir işləri təbliğ edib, pislikdən çəkindirmənin əhəmiyyəti.
Tədris üsullarından biri də, gözlə görünən və hissiyatla dərk edilən mənaları daha aydın çatdırmaq üçün misallar gətirməkdir.
İnkar edilməyən zahiri pis əməlin zərəri, cəmiyyətə qarşı edilmiş bir fəsaddır.
Toplumun həlak olması, pis əməl sahiblərinin yer üzündə fəsad yaymaqlarına qarşı çıxmamaqdan irəli gəlir.
Gözəl niyyət edib pis iş görmək, əməlin saleh olmasına kifayət deyil.
Müsəlman toplumunda məsuliyyət müştərəkdir və konkret bir kəsə həvalə edilmir.
Fərdin günahı inkar edilmədikdə, xalqın ona görə əzab görməsi.
Pis iş görənlər də nifaq əhli kimi öz pisliklərini cəmiyyət üçün "xeyirli" şəkildə göstərirlər.