إعدادات العرض
Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq
Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq
Usamə bin Zeyddən (Allah ondan razı olsun) rəvayət edilir ki, ona belə deyildi: “Osmanın yanına gedib onunla danışmayacaqsanmı?” O dedi: "Siz elə düşünürsünüz ki, mən onunla danışdığım hər şeyi sizə eşitdirirəm (söyləyirəm)? Allaha and olsun ki, açmaq istəmədiyim məsələni ilk açanın özüm olmağımı istəmədiyim üçün onunla öz aramda danışdım və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözlərini eşitdikdən sonra mənim rəhbərim olan heç kəsə - "O, insanların ən xeyirlisidir" sözünü söyləmirəm: "Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq və cəhənnəm əhli onun ətrafında toplanaraq deyəcəklər: Ey filankəs, sənə nə oldu? Sən xeyiri əmr edib, pislikdən çəkindirmirdinmi? O, deyəcək: Bəli, mən yaxşı işlər görməyi əmr edirdim, amma onu özüm etmirdim, pis əməllərdən çəkindirirdim, lakin özüm onu edirdim".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල অসমীয়া Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली Svenska മലയാളം Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Kinyarwanda Magyar Македонски Čeština Українська Lietuvių Wolof Malagasyالشرح
Usamə bin Zeydə (Allah ondan razı olsun) deyildi: Osman ibn Affanın (Allah ondan razı olsun) yanına getmirsənmi, onunla danışıb camaat arasında baş verən fitnəni söndürməyə çalışasan? O, isə onlara bildirdi ki, məsləhət gərəyi və fitnə oyatmamaq üçün onunla gizli danışıb. O, demək istəyirdi ki, insanların qarşısında hökmdarları açıq şəkildə tənqid etmək istəmir ki, insanlar xəlifəyə qarşı həyasızlıq etməyə başlamasınlar və bu, fitnə və şər qapısıdır və o, bu qapını birinci açan kəs olmaq istəmirdi. Sonra Usamə (Allah ondan razı olsun) deyir ki, o, rəhbərlərə gizlində nəsihət edir və əmir olsa belə, heç kimə yaltaqlıq etmir, heç kimi, yaltaqlanaraq üzünə yalan sözlərlə tərifləmir. Bu da, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözlərini eşitdikdən sonra belə olmuşdur: Bir insan Qiyamət günü gətirilib Cəhənnəmə atılacaq və bağırsaqları istinin və əzabın şiddətindən tez bir zamanda qarnından çıxacaq və o, dəyirman daşının ətrafında fırlanan eşşək kimi cəhənnəm odunda bağırsaqları ilə bu vəziyyətdə fırlanacaq və cəhənnəm əhli onun ətrafına bir dairə şəklində toplanacaq və ondan soruşacaqlar: Ey filankəs, məgər sən yaxşı işlər görməyi əmr edib, pis əməllərdən çəkindirmirdinmi?! O, deyəcək: Mən yaxşı işləri əmr edib, özüm isə onu etmirdim, pis işlərdən çəkindirib, özüm də onu edirdim.فوائد الحديث
Rəhbərlərə nəsihət verməkdə əsas qayda odur ki, bu, onların arasında (nəsihət edənlə rəhbərin) olmalıdır və insan onu ümumi camaat arasında danışmamalıdır.
Sözü əməlinə müxalif olana şiddətli xəbərdarlıq.
Rəhbərlərə qarşı ədəbli olmaq, onlarla mülayim davranmaq, onlara yaxşılığı əmr edib, pislikdən çəkindirmək lazımdır.
Haqda əmirlərə yaltaqlıq etməyin və batil yolla onların qarşısında əyilənlər kimi ikiüzlülük etməyin qınanılması.
التصنيفات
Cənnət və Cəhənnəmin vəsfləri