Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah"…

Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir

Əbu Zər (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrindən bir dəstə adam ona bele dedi: “Ey Allahın Rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Bəzi yoxsul səhabələr Peyğəmbərə (sallallahu aleyhi va səlləm) öz vəziyyətlərindən, kasıblıqlarından və zəngin müsəlman qardaşları kimi çoxlu savablar qazanmaq və onlar kimi xeyir işlər görmək üçün sədəqə verə bilmədiklərindən şikayət etdilər. Çünki onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və mallarının artıqlarından sədəqə verirlər, biz isə sədəqə verə bilmirik. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara verə biləcəkləri sədəqə növlərini göstərdi və belə buyurdu: Məgər Allah sizə özünüz üçün sədəqə verəcəyiniz şeylər etmədimi?! Hər bir: (Sübhənallah) deməyiniz sizin üçün bir sədəqədir. Hər bir: (Allahu Əkbər) deməyiniz sizin üçün bir sədəqədir. Hər bir: (Əlhəmdulilləh) deməyiniz sizin üçün bir sədəqədir. Hər bir: (Lə iləhə illəllah) deməyiniz sizin üçün bir sədəqədir. Yaxşılığı əmr etməyiniz, sizin üçün bir sədəqədir. Pislikdən çəkindirməyiniz, sizin üçün bir sədəqədir. Hətta sizdən birinizin öz zövcəsi ilə yaxınlıq etməsi də sədəqədir. Səhabələr Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sözündən təəccüblənərək belə dedilər: Ey Allahın Rəsulu! Birimiz öz zövcəsi ilə yaxınlıq edir və buna görə savabmı qazanır? Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara belə cavab verdi: Məgər o, zina və ya digər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır.

فوائد الحديث

Səhabələrin xeyir işlərdə bir-birləri ilə yarışması və Uca Allahın böyük mükafatını və lütfünü qazanmağa həris olmaları.

Xeyir işlərin çoxluğu və onların, müsəlmanın saleh niyyət və gözəl məqsədlə etdiyi hər bir əməli əhatə etməsi.

İslamın asanlığı və rahatlığı. Belə ki, hər bir müsəlman Allaha itaət etmək üçün edə biləcək əməl tapa bilər.

ən-Nəvəvi belə demişdir: Bu hədisdə mübah işlərin ixlaslı niyyətlərlə ibadətə çevrilməsinə dair dəlil vardır. Belə ki, insan, zövcəsi ilə yaxınlıq edərkən, əgər bunu zövcənin haqqını ödəmək və onunla Allahın əmri olan "gözəl şəkildə" davranmaq, saleh övlad istəmək, özünü və həyat yoldaşını günahdan qorumaq, harama baxmaqdan, haram düşüncələrdən, istəklərdən çəkinmək və ya digər bunun kimi saleh məqsədlərlə edərsə, o zaman bu, ibadət sayılır.

Dinləyənə daha aydın və qəlbinə daha təsirli olması üçün misal və qiyasdan istifadə edilməsi.

التصنيفات

Nafilə sədəqə, Zikrin fəzilətləri