إعدادات العرض
Dilin daima Allahı zikr etməklə yaş qalsın
Dilin daima Allahı zikr etməklə yaş qalsın
Abdullah ibn Busrdan (Allah ondan razı olsun) rəvayət edilir ki, bir kişi belə dedi: “Ey Allahın Rəsulu, İslamdakı ibadətlər mənim üçün çox oldu, ona görə də mənə möhkəm yapışacağım bir əməl söylə. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: "Dilin daima Allahı zikr etməklə yaş qalsın".
الترجمة
العربية বাংলা Bosanski English Español Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Português සිංහල Nederlands অসমীয়া Tiếng Việt Kiswahili ગુજરાતી پښتو Română മലയാളം नेपाली Deutsch Кыргызча ქართული Moore فارسی Magyar తెలుగు Svenska Македонски ಕನ್ನಡ Українська Kinyarwanda Oromoo ไทย Српски मराठी ਪੰਜਾਬੀ دری አማርኛ Malagasy ភាសាខ្មែរ Lietuvių O‘zbek தமிழ்الشرح
Bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nafilə ibadətlərinin çoxluğundan və bədəninin zəyifliyinə görə də aciz qalaraq onları yerinə yetirə bilməməsindən şikayət etdi. Sonra kişi, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) ona asan, lakin böyük savab gətirən bir əməl göstərməsini xahiş etdi ki, ona bağlı qalıb, ondan yapışsın. Beləliklə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona, dilinin Uca Allahı hər zaman və hər halda təsbih və həmd edərək, istiğfar, dua və s. bu kimi zikrlər etməklə təravətli və hərəkətli qalmasını tövsiyə etdi.فوائد الحديث
Uca Allahı davamiyyətli olaraq zikr etməyin fəziləti.
Uca Allahın lütfünün böyüklüyündən biri də savab qazanmaq yollarını asanlaşdırmasıdır.
Qulların yaxşılıq və xeyir qapılarından əldə etdikləri payda bir-birindən üstün olması.
Uca Allahı təsbih, həmd, təhlil, təkbir və s. bu kimi zikrlərlə, dil və qəlb bir-birinə uyğunlaşaraq çox zikr etmək, bir çox nafilə ibadətlərin yerini tutur.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sual verənlərin halına diqqət edərək hər birinin halına uyğun olan cavab verməsi.
التصنيفات
Zikrin fəzilətləri