إعدادات العرض
Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın
Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın."
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська ქართული тоҷикӣ bm Malagasy Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, qulun Rəbbinə ən yaxın olduğu an, səcdə etdiyi andır və buna səbəb namaz qılanın səcdə əsnasında bədəninin ən uca və ən şərəfli hissəsini izzət və cəlal sahibi olan Allaha itəatkarlıqla, zəlilliklə və təvazökarlıqla yerə qoymasıdır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdədə duanı artırmağı əmr edir. Nəticədə Allaha zəlilliklə edilən səcdədə, söz və feil birləşir.فوائد الحديث
İtaət, qulun uca və pak olan Allaha yaxınlığını artırır.
Səcdədə duanı artırmağın müstəhəbliyi, çünki duanın qəbul olunma məqamlarındandır.