إعدادات العرض
Uca Allah qatında duadan daha dəyərli bir şey yoxdur
Uca Allah qatında duadan daha dəyərli bir şey yoxdur
Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir: "Uca Allah qatında duadan daha dəyərli bir şey yoxdur".
[Həsən] [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල தமிழ் دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українськаالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Allaha edilən ibadətlər arasında duadan daha üstünü yoxdur, çünki dua etməklə uca və pak olan Allahın məxluqatdan ali və zəngin olması ilə bərabər qulun aciz və Ona möhtac olması etiraf olunur.فوائد الحديث
Duanın fəziləti, belə ki, Allaha dua etmək- Onu əzəmətləndirməkdir, pak olan Allahın hər kəsdən ehtiyacsız olmasıdır, çünki yoxsula dua edilməz, Allah eşidəndir, çünki kar olan birinə dua edilməz, Allah Kərimdir, xəsisdən bir şey istənilməz, O mərhmətlidir, qəddardan rəhmət dilənilməz, O qüdrət sahibidir, acizdən nəsə istənilməz, O yaxındır, uzaqda olan eşitməz. Bu və digər Allaha xas olan uca və gözəl sifətlərini etiraf etməkdir.
التصنيفات
Duanın fəziləti