Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir

Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir."

[Həsən] [Əbu Davud, Ət-Tirmizi,Əhməd]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, iman baxımından ən kamil insan-əxlaqı gözəl olandır, o bu əxlaqa üzündəki təbəssümlə, xeyir əməllər etməklə, ədəbli danışmaqla və heç kəsə əziyyət verməməklə nail olur. Möminlərin xeyirlisi qadınlarına- həyat yoldaşına, qızlarına, bacılarına, yaxınlarında olan digər qadınlara qarşı qayğıkeş və diqqətli olanıdır. Çünki adıçəkilən qadınlar gözəl əxlaqa daha çox layiqdirlər.

فوائد الحديث

Gözəl əxlaqın fəziləti və onun imandan olması.

Əməl imandandır, iman isə artır və azalır.

İslamın qadına verdiyi dəyər və ona yaxşılıq etməyə təşviq.

التصنيفات

Gözəl əxlaq, Ər ilə qadın arasındakı münasibət