Kim gözəl surətdə dəstəmaz alarsa, günahları cəsədindən, hətta dırnaqlarının altından çıxar

Kim gözəl surətdə dəstəmaz alarsa, günahları cəsədindən, hətta dırnaqlarının altından çıxar

Osman bin Affandan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: " Kim gözəl surətdə dəstəmaz alarsa, günahları cəsədindən, hətta dırnaqlarının altından çıxar."

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim dəstəmazı sünnəyə uyğun və ədəblərinə riayət edərək yerinə yetirərsə, günahlarının və xətalarının silinməsinə səbəb olar, hətta günahlar ayaq və əl dırnaqlarının altından belə çıxar.

فوائد الحديث

Dəstəmazın, sünnələrinin və ədəblərinin təliminə diqqət yetirməyə və onlara əməl etməyə təşviq.

Dəstəmazın fəziləti və onun kiçik günahları silməsi. Böyük günahlara gəldikdə isə burada tövbə gərəkdir.

Günahların silinməsinin şərti, dəstəmazı Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirdiyi kimi kamil və ona xələl gətirmədən almaqdır.

Bu hədisdə bəhs edilən günahların təmizlənməsi, böyük günahlardan çəkinib və onlardan tövbə etməyə bağlıdır. Uca Allah buyurur: (Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçərik.) [ Nisa, 31]

التصنيفات

Dəstəmazın fəziləti