إعدادات العرض
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Başından, üzündən, bədənin ön hissəsindən başlayardı. Bunu üç dəfə edərdi.
[Səhih] [Əl-Buxari rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Kurdî Moore Soomaali Français Wolof Oromoo Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português Македонски Magyar Русский 中文 فارسی kmالشرح
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yatmaq üçün yatağına girərkən etdiyi şeylərdən biri də, ovuclarını birləşdirərək, dua edən insan kimi əllərini qaldırar, xəfif tüpürərək ovuclarına üfürər , İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə başından, üzündən, bədənin ön qismindən başlayaraq, əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Bunu üç dəfə edərdi.فوائد الحديث
Yatmazdan öncə əllərin içinə üfürməklə İxlas, Fələq, Nəs surələrini oxuyub, sonra bədənin bacarıldığı qədər hər yerinə sürtməyin müstəhəb olması.