إعدادات العرض
Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar
Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar
Əlidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Mən elə bir adamam ki, Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bir hədis eşitdiyim zaman uca Allah məni o hədislə istədiyi tərzdə faydalandırırdı. Əgər mənə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən kimsə hədis rəvayət etsəydi ona and içdirərdim, əgər and içsə, mən ona inanardım. Əbu Bəkr mənə hədis rəvayət etdi və dediklərində sadiq idi, dedi ki: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar" Ardınca bu ayəni oxudu: [O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər.] [Ali İmran:135]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá اردو Bahasa Indonesia ئۇيغۇرچە සිංහල हिन्दी Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча or Türkçe Tiếng Việt नेपाली Malagasy Kinyarwanda తెలుగు Bosanski Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Kurdî Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip Português ქართული 中文 Magyar فارسیالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, əgər bəndə günah edərsə, sonra gözəl dəstəmaz alarsa, ardınca ayağa qalxıb bu günahdan tövbə niyyəti ilə iki rükət namaz qılarsa və nəhayət Allahdan bağışlanma dilərsə, Allah da onu bağışlayar. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bu kəlamını oxudu: [O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər,- günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar bilə-bilə günah əməllərində israr etməzlər.] [Ali imran:135]فوائد الحديث
Namaza təşviq, həmçinin günah etdikdən sonra bağışlanma diləməyə həvəsləndirmək.
İzzət və cəlal sahibi olan Allahın məğfirətinin genişliyi, tövbə və istiğfarı qəbul etməsi.
التصنيفات
Tövbə