Yeddi gündə bir dəfə yuyunmaq, başını və bədənini yumaq hər bir müsəlman üzərində haqqdır

Yeddi gündə bir dəfə yuyunmaq, başını və bədənini yumaq hər bir müsəlman üzərində haqqdır

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Yeddi gündə bir dəfə yuyunmaq, başını və bədənini yumaq hər bir müsəlman üzərində haqqdır».

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) həddi-buluğa çatmış, ağlı başında olan hər bir müsəlmanın həftədə, yəni: yeddi gündə bir dəfə yuyunmasının təkid olunan haqq olduğunu xəbər vermişdir. Müsəlman bu gündə paklanmaq və təmizlənmək üçün başını və bədənini yuyur. Bəzi rəvayətlərdən də anlaşıldığı kimi bunun cümə günü edilməsi daha əfzəldir. Dördüncü günü yuyumuş olsa da belə cümə günü, cümə namazından öncə yuyunmaq təkid olunmuş müstəhəb əməldir. Aişənin (Allah ondan razı olsun): "İnsanlar işləyib və elə o halda da cüməyə gəlirdilər. Onlara: Kaş ki yuyunardız deyildi" sözü bunu vacib olmaqdan çıxartmışdır. Bu əsəri Buxari rəvayət etmişdir. Buxarinın başqa bir rəvayətində isə: "Onların üzərində qoxu var idi." Yəni: Tər və buna bənzəri bir qoxu. Bununla yanaşı onlara sadəcə olaraq: "Kaş ki yuyunardız"- deyilmişdir. Əgər tər və buna bənzəri qoxuya görə yuyunmaq vacib deyilsə, bundan başqa qoxuların aradan qaldırılması üçün də yuyunmaq vacib deyildir.

فوائد الحديث

İslamın, təmizlik və paklığa önəm verməsi.

Cüma namazı üçün yuyunmaq təkid olunan müstəhəb bir əməldir.

Başın, bədənin bir parçası olmasına rəğmən xüsusi olaraq zikr edilməsi, onun önəmini ifadə edir.

Bədənindən, insanlara əziyyət verən pis qoxu gələn hər bir kimsənin yuyunması vacibdir.

Yuyunmaq üçün təkid edilmiş ən əfzəl gün, cümə günüdür.

التصنيفات

Qüsul, Rulings of the Ritual Bath