إعدادات العرض
Uca Allah bəzi əməlləri fərz etmişdir, onları zay etməyin. Bəzi hüdudlar qoymuşdur, onları aşmayın. Bəzi şeyləri isə haram buyurmuşdur, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil də, lakin sizə mərhəmət olaraq susmuşdur, elə isə onları araşdırmayın
Uca Allah bəzi əməlləri fərz etmişdir, onları zay etməyin. Bəzi hüdudlar qoymuşdur, onları aşmayın. Bəzi şeyləri isə haram buyurmuşdur, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil də, lakin sizə mərhəmət olaraq susmuşdur, elə isə onları araşdırmayın
Əbu Sələbə əl-Xuşəni Cursum bin Nəşir (Allah ondan razı olsun) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Uca Allah bəzi əməlləri fərz etmişdir, onları zay etməyin. Bəzi hüdudlar qoymuşdur, onları aşmayın. Bəzi şeyləri isə haram buyurmuşdur, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil də, lakin sizə mərhəmət olaraq susmuşdur, elə isə onları araşdırmayın".
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
Peyğəmbər (sallallahu əleyhi va səlləm) xəbər verir ki, Allah bəzi şeyləri vacib və bəzi şeyləri isə fərz etmişdir. Onlara riayət edin və onları tərk etməklə və ya onlara səhlənkar yanaşmaqla onları zay etməyin. Allah sizə, Özünün razı qalmadığı şeylərdən çəkindirmək və saxlamaq üçün bəzi maneələr və qadağalar da qoymuşdur. Buna görə də şəriətin buyurduğundan artıq bir şey etməyin. Allah bəzi şeyləri haram etmişdir, onları işləməyin və onlara yaxınlaşmayın. Bunlardan başqa şeyləri isə qullarına mərhəmət olaraq tərk etmişdir və onlar barəsində susmuşdur. Ona görə də bu şeylər, əsli hökmündə halal olaraq qalır, bu səbəbdən onların hökmünü araşdırmayın.فوائد الحديث
Bu hədis, Allahın hökm verən (şəriət qoyan) olduğuna dəlildir. Əmr yalnız Onun Əlindədir.
Bu hədis şəri qaydaları – hökm və icazəni – əhatə etmişdir. Çünki şəri hökmlər ya haqqında susulmuş, ya da barəsində bir açıqlama verilmişdir. Bu (şəri hökm) ya vacib və ya da müstəhəb olaraq əmr olunmuşdur, yaxud haram və ya məkruh olaraq qadağan edilmişdir yaxud da mübah (icazə verilmiş) sayılır.
Allahın, barəsində susduğu, nə vacib etmədiyi, nə sərhədlər təyin etmədiyi, nə də qadağan etmədiyi şey, halaldır.
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) gözəl bəyanı ondadır ki, hədisi çox aydın və başa düşülən şəkildə bölərək izah etmişdir.
Uca Allahın fərz buyurduğu şeyləri qorumağın (yerinə yetirməyin) vacib olması.
Uca Allahın qoyduğu hədləri aşmaq haramdır.
التصنيفات
Hüdudlar