إعدادات العرض
İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur
İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur
Cabir bin Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur. Lakin insan evinə girərərkən Allahı zikr etməzsə, şeytan öz ardıcıllarına deyər: Gecələməyə yeriniz var. Yemək yediyində Allahı zikr etməzsə şeytan onlara deyər ki, artıq həm gecələməyə yeriniz, həm də yeməkdən payınız vardır.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල Hausa Kurdî Kiswahili Português Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda Română తెలుగు Lietuvių Oromoo മലയാളം Nederlands Soomaali Shqip Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore ქართული Magyar தமிழ்الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evə girərkən və yeməyə başlamazdan əvvəl Allahı zikr etməyi əmr edir və bildirir ki, əgər bir kəs evinə girərkən və yeməyə başlayarkən Allahı "bismilləh" (Allahın adı ilə) deyərək zikr edərsə: Şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək və şam etmək üçün pay yoxdur, çünki ev sahibi uca Allahı zikr etməklə öz toxunulmazlığını təmin etdi. Lakin əgər insan nə evə girdiyi zaman, nə də ki, yemək yeyərkən Allahı zikr etməzsə, şeytan öz köməkçilərinə onların bu evdə gecələyib, şam edəcəklərini xəbər verər.فوائد الحديث
Evə girərkən və yemək yeyərkən Allahı zikr etməyin müstəhəb olması. Çünki şeytan, uca Allahın adını zikr etməyən kəslərin evlərində gecələyir və onların yeməklərini yeyir.
Şeytan Adəm övladının bütün əməllərinə, davranışına və bütün işlərinə nəzarət edir, elə ki, insan zikr etməkdən yayınır, şeytan onun bu halından istifadə edərək öz istəyinə nail olur.
Zikr şeytanı qovur.
Hər bir şeytanın, onun sözlərinə sevinən, əmrlərinə əməl edən ardıcılları və dostları vardır.