Hansı əməl Allaha daha sevimlidir? Buyurdu: "Vaxtında qılınan namaz" Dedi: "Sonra hansı?" Buyurdu: Valideynə yaxşılıq" Dedi: Sonra hansı?" Buyurdu: "Allah yolunda cihad"

Hansı əməl Allaha daha sevimlidir? Buyurdu: "Vaxtında qılınan namaz" Dedi: "Sonra hansı?" Buyurdu: Valideynə yaxşılıq" Dedi: Sonra hansı?" Buyurdu: "Allah yolunda cihad"

Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum: Hansı əməl Allaha daha sevimlidir? Buyurdu: "Vaxtında qılınan namaz" Dedi: "Sonra hansı?" Buyurdu: Valideynə yaxşılıq" Dedi: Sonra hansı?" Buyurdu: "Allah yolunda cihad" Dedi: Allah Rəsulu mənə bunları söylədi. Əgər soruşmağa davam etsəydim, o da cavab verməyə davam edərdi.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşulur: Hansı əməl Allaha daha sevimldir? Buyurdu ki: "Şəriətin təyin etdiyi vaxtlarda fərz namazlarını qılmaq." Sonra valideynlərə yaxşılıq etmək, onlara münasibətdə mehriban olub ən gözəl tərzdə davranmaq, haqlarını ödəmək və onların üzünə ağ olmamaq. Sonra izzət və cəlal sahibi olan Allahın kəliməsini uca tutmaq, İslam dinini, əhlini, İslamın ayinlərini qorumaq üçün Allah yolunda cihad. Bu isə can və mal-dövlətlə olur. Və İbn Məsud (Allah ondan razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə bu əməllərdən xəbər verdi, əgər ona "sonra hansı" deyə sual versəydim, artırardı.(yəni növbəti əməlləri söylərdi.)

فوائد الحديث

Allahın əməllərə bəslədiyi sevgi nisbətinə görə, bu əməllərin bir-birindən fərqlənməsi.

Müsəlmanı ən xeyirli əməllər etməyə həvəsləndirmək.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən üstün əməllər haqqında verdiyi cavablar insanların fərqliliyinə, onların vəziyyətinə və onların hər biri üçün ən faydalı olanına görə dəyişir.

التصنيفات

Saleh əməllərin fəziləti, Namazın fəziləti