إعدادات العرض
, etdiyi əməllərindən asılı olmayaraq Allah onu cənnətə daxil edər
, etdiyi əməllərindən asılı olmayaraq Allah onu cənnətə daxil edər
Ubadədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim Allahdan başqa ibadətə layiq məbud olmadığına, Onun şəriki olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və rəsulu olduğuna, Məryəmə sadəcə bir söz deməklə "ol" həqiqətinə və İsanın Onun yaratdığı ruhdan əmələ gəlməsinə, cənnətin haqq, cəhənnəmin haqq olduğuna şahidlik edərsə, etdiyi əməllərindən asılı olmayaraq Allah onu cənnətə daxil edər.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá සිංහල ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Malagasy Lietuvių Oromoo Nederlands Soomaali Српски Українська ಕನ್ನಡ Wolof Moore ქართული O‘zbek Magyarالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, kim tövhid kəliməsinin mənasını dərk edərək söyləyərsə və onun tələblərinə uyğun əməl edərsə, Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qulu olduğuna və onun risalətinə, İsanın Onun qulu olduğuna və risələtinə, Allahın onu "Ol" deməyislə yaratmasına və Allahın yaratdığı ruhlardan bir ruh olmasına, anasının yəhudilərin ona nisbət etdiyi ittihamdan uzaq olduğuna, və mövcudluqlarına etiqad edərək, cənnətin haqq olduğuna, cəhənnəmin haqq olduğuna, onların Allahın neməti və əzabı olduqlarına iman edərsə və bunun üzərində ölərsə- itaətlərdəki nöqsanları və günahları olsa belə son gedəcəyi yer cənnət olar.فوائد الحديث
Uca Allah İsa bin Məryəmi "ol" deməklə, atası olmadan yaratdı.
İsa və Muhəmmədin (Allahın salavatı və salamı hər ikisinin üzərinə olsun) qul və rəsul olmalarının cəm edilməsi. Çünki rəsullar yalan söyləməz, qula isə ibadət edilməz.
Tövhidin fəziləti, günahları yuması və muvahhidin bəzi günahlar etsə belə son gedəcəyi yerin cənnət olması.