إعدادات العرض
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun
Əbu Umamədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: “Mən Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) vida həccində xütbə verərkən eşitdim. O, dedi: Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun."
[Səhih] [Ət-Tirmizi və Əhməd rəvayət ediblər]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda Shqip ಕನ್ನಡ Lietuvių Wolof Українська Moore ქართული Magyar Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hicrətin onuncu ilində, ərafa günü, vida həccində xütbə vermiş və bu cür (vida xütbəsi) adlandırılmasının səbəbi, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) oradakı insanlarla vidalaşması olmuşdur. Və bütün insanlara Rəbblərinin əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxmalarını əmr etmişdir. İzzət və cəlal sahibi olan Allahın onlara gecə və gündüz vacib etdiyi beş vaxt namazları qılmalarını əmr etmişdir. Ramazan ayının orucunu tutmalarını əmr etmişdir. Mallarının zəkatını layiq olanlara vermələrini və bunda xəsislik etməmələrini əmr etmişdir. Allahın onlara rəhbər etdiyi kəslərə, Allaha asilik olmayan işlərdə itaət etmələrini əmr etmişdir. Və hər kim bu qeyd edilən şeyləri edərsə, onun mükafatı cənnətə daxil olmaqdır.فوائد الحديث
Bu əməllər cənnətə daxil olmağın səbəblərindəndir.
التصنيفات
Saleh əməllərin fəziləti