Həqiqətən Allah mənim xətrimə ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarından keçmişdir

Həqiqətən Allah mənim xətrimə ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarından keçmişdir

İbn Abbas (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir: "Həqiqətən Allah mənim xətrimə ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarından keçmişdir".

[قال النووي: حديث حسن] [رواه ابن ماجه والبيهقي وغيرهما]

الشرح

Peyğəmbər (sallallahu əleyhi va səlləm) bu hədisdə Uca Allahın onun ümmətini üç halda əfv etdiyini xəbər verir: Birinci hal: Xəta səbəbi ilə. Bu, bir insanın qəsdsiz etdiyi bir əməldir. Yəni: müsəlman bir şey etməyi niyyət edir, lakin nəticədə niyyət etmədiyi başqa bir şey baş verir. İkinci hal: Unutqanlıq səbəbi ilə. Bu, müsəlmanın bir şeyi bildiyi və yadda saxladığı halda, onu icra edərkən unutmasıdır. Belə bir halda ona günah yazılmaz. Üçüncü hal: Məcburiyyət səbəbi ilə. Bu, qulun məcburiyyəti aradan qaldırmağa qüdrəti çatmadığı halda, istəmədiyi bir işi etməyə məcbur edilməsidir. Bu zaman ona nə günah yazılar, nə də bir məsuliyyət düşər. Qeyd etmək lazımdır ki, hədisin mövzusu qul ilə Rəbbi arasındakı qadağan olunmuş əməli işləmək haqqındadır. Əmr olunan işi unutqanlıqdan tərk etmək məsuliyyəti aradan qaldırmaz. Əgər bunun nəticəsində başqa bir şəxsə qarşı cinayət baş verərsə, bu zaman insanın haqqı batmaz. Məsələn: Bir kəs xətadan birini öldürərsə, onun qarşılığında "diyə" (qan pulu) verməlidir. Yaxud: Xətadan bir avtomobili zədələyərsə, o, buna görə dəyən zərəri ödəməlidir.

فوائد الحديث

Uca Allahın qullarına olan geniş mərhəməti və lütfü. Belə ki, O, qullarının bu üç halda etdikləri günahları bağışlamışdır.

Uca Allahın Muhəmməd peyğəmbərə (sallallahu əleyhi va səlləm) və onun ümmətinə olan neməti.

Günahın götürülməsi (bağışlanması) hökmün və ya məsuliyyətin aradan qalxması anlamında deyil. Məsələn: Bir kəs dəstəmaz almağı unudaraq təharətli olduğunu zənn edib namaz qılarsa, buna görə ona günah yazılmaz. Lakin o, yenidən dəstəmaz almalı və namazı təkrar qılmalıdır.

Məcburiyyət halında günahın götürülməsi üçün bəzi şərtlərin mövcud olması vacibdir. Onlardan biri də budur ki, məcbur edən şəxs, etdiyi təhdidi həyata keçirməyə həqiqətən qadir olmalıdır.

التصنيفات

Uca Allaha iman