“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur

“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” [Muminun: 51] O, həmçinin, buyurur: “Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin!” [Bəqərə: 172] Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) davam edib dedi: "Onun yediyi haram, içdiyi haram, geydiyi haram – haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!”

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Uca Allahın pak, müqəddəs, bütün naqisliklərdən və eyiblərdən uzaq olduğunu, Onun kamillik sifətləri ilə vəsfləndiyini, əməllərdən, sözlərdən və əqidədən yalnız pak olanları, yəni: xalis Allah üçün və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoluna müvafiq olanı qəbul etdiyini, Uca Allaha yalnız belə əməllərlə yaxınlaşmağın mümkün olduğunu xəbər vermiş və həmçinin, mömin kimsəni yaxşı əməllərə nail edəcək ən əzəmətli şeyin, yeməyinin pak olması, bu da onun yeməyinin halal olması ilə ola biləcəyini və nəticədə əməlinin də yaxşı olacağını bildirmişdir. Buna görə də Uca Allah peyğəmbərlərə halal yemək və saleh əməllər barədə nəyi əmr etmişdirsə, möminlərə də eyni ilə onu əmr etmişdir. Uca Allah buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!”. Uca Allah başqa bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin!”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əməli korlayan və əməlin qəbul olunması üçün nə qədər zahiri səbəblər işlənsə də, onun qəbul olunmasına mane olan haram yeməkdən çəkindirmişdir. Əməlin qəbul olunması üçün zahiri səbəblərdən bəziləri aşağıdakılardır: Birincisi: Həcc, cihad və qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi itaət məqsədləri üçün uzunmüddətli səfərə çıxmaq. İkincisi: Saçlarını daramadığı üçün saçları dağınıq, toz-torpaqdan üz-gözünün və üst-başının rəngi dəyişmiş və özüdə möhtac bir halda olmaq. Üçüncüsü: Dua etmək üçün iki əlini göyə qaldırır. Dördüncüsü: Uca Allaha gözəl adları ilə təvəssül edib: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvararaq israrla dua etməsi. Duanın qəbul olunma səbəblərinin olmasına baxmayaraq, onun duası qəbul olunmadı. Çünki onun yediyi, içdiyi, geydiyi haramdır və o, haramla qidalanmışdır. Belə vəsfə sahib olan kimsənin duasının qəbul olunması mümkün deyil. Axı beləsinin duasına necə cavab verilə bilər?!

فوائد الحديث

Uca Allahın zatında, sifətlərində, feillərində və hökmlərində kamilliyi.

Əməlin ixlasla, yalnız Allah üçün və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə müvafiq şəkildə edilməsinin əmr olunması.

Dəvət edərkən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisdə: "Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir" buyurduğu kimi, əmələ təşviq edən üslubdan istifadə etmək. Əgər mömin bunun peyğəmbərlərə əmr edilmiş şeylərdən biri olduğunu bilərsə, bu zaman o, əməl etməyə özündə qüvvət toplayar və tabe olmağa həvəslənər.

Duanın qəbul olunmasına mane olan səbəblərdən biri də haram yeməkdir.

Duanın qəbul olunması səbəbləri arasında beş şey vardır ki, onlardan birincisi: uzun müddətli məşəqqətli bir səfər səbəbi ilə yaranan, duanın qəbul edilməsinin ən əzəmətli səbəblərindən biri olan nəfsin sınmağı. İkincisi: zərurət halı. Üçüncüsü: İki əli səmaya qaldırmaq. Dördüncüsü: Uca Allahın rübubiyyətini təkrar-təkrar zikr edərək Ona israrla dua etmək. Bu, duaya cavab verilməsinin ən əzəmətli səbəblərindən biridir. Beşincisi: Halal olan şeylərdən yemək və içmək.

Yemək-içməyin halal, təmiz olması saleh əməl işləməyə yardım edən səbəblərdən biridir.

Qadi belə demişdir: "Yaxşı sözü xəbis sözünün ziddidir. Əgər Uca Allah yaxşı sözü ilə vəsf edilirsə bu, Onun nöqsanlardan və eyib sifətlərdən pak və münəzzəh olduğu anlamındadır. Əgər bir qul ümumən yaxşı sözü ilə vəsf edilirsə bu, onun çirkin əxlaqlardan, pis əməllərdən uzaq olduğuna və onun bu şeylərin ziddinə sahib olduğu anlamındadır. Əgər mal-dövlət yaxşı sözü ilə vəsf edilirsə bu, o mal-dövlətin halal və ən xeyirli mal-dövlət olduğu anlamındadır".

التصنيفات

Ad və sifətlər tövhidi, Duanın qəbul edilməsinin və qəbul edilməməsinin səbəbləri