إعدادات العرض
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver…
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru)
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी සිංහල ئۇيغۇرچە Hausa Kurdî Português Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali മലയാളം తెలుగు ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof தமிழ் Українська ქართული Magyar Moore Shqip Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) başqa duaları özündə cəm edən duaları daha çox edərdi, onlardan biri budur: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər." Və bu, bol, geniş, halal ruzi və saleh həyat yoldaşı, gözün sevinci olan övlad, rahatlıq faydalı elm və saleh əməl və digər sevimli, mübah istəklər kimi dünya xeyirlərini əhatə edir və eyni zamanda qəbrdə, məhşərdə və cəhənnəmdə əzabdan salamat qalmaq və Allahın razılığına,əbədi nemətə və Rəhimli Rəbbə yaxın olmağa nail olmaq kimi axirət xeyirlərini də əhatə edir.فوائد الحديث
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək əhatəli-geniş dualar etməyin bəyənilən olması
İnsanın duasında dünya və axirət xeyirlərini cəm etməsi daha kamildir.
التصنيفات
Varid olan dualar