Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır

Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır

Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır."

[Şahidlərlə səhih olan] [Əbu Davud, Əhməd rəvayət ediblər]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, gözəl əxlaq insanı gündüzlər oruc tutan, gecələr namaz qılanın dərəcəsinə çatdırır. Gözəl əxlaq- yaxşılıq etməyi, xeyir söyləməyi, gülərüzlü olmağı, insanlara əziyyət verməməyi və onlardan gələ biləcək əziyyətə dözümlü olmağı özündə ehtiva edir.

فوائد الحديث

İslamın, əxlaqın saflığına və kamilliyinə diqqətinin böyüklüyü.

Gözəl əxlaqın üstünlüyü. Qul bu əxlaqla davamlı oruc tutan, gecələr yorulmadan namaz qılan bəndənin dərəcəsinə yüksəlməyə müvəffəq olur.

Gündüz oruc tutmaq və gecə namaz qılmaq nəfsə ağır gələn böyük əməllərdəndir, gözəl əxlaq sahibi təqdirəlayiq davranışı ilə nəfsinə qalib gəldiyi üçün bu iki əməlin dərəcəsinə çatmışdır.

التصنيفات

Gözəl əxlaq