إعدادات العرض
“Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir”
“Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir”
İbn Ömərdən (Allah hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir”.
الترجمة
العربية Bosanski English فارسی Français Русский हिन्दी 中文 ئۇيغۇرچە Bahasa Indonesia اردو Kurdî Português دری অসমীয়া Tiếng Việt አማርኛ Svenska ไทย Yorùbá Кыргызча Kiswahili ગુજરાતી Hausa नेपाली Română മലയാളം Nederlands Oromoo සිංහල پښتو తెలుగు Kinyarwanda Malagasy Türkçe ಕನ್ನಡ Српски Moore ქართული Čeština Magyar Українська Македонски Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, ağlı bulandıran və onu aparan hər bir şey- istər içmək, yemək, nəfəs almaq, istərsə də başqa şəkildə olsun- sərxoşedici içki (hökmündədir) və Uca Allah hər sərxoş edən və ağlı aparan şeyi -istər az, istərsə də çox olsun- haram və qadağan etmişdir. Bu sərxoşedicilərin hər hansı bir növündən içən, buna davam edən və ölənə qədər bundan tövbə etməyən hər kəs; onu cənnətdə içməkdən məhrum edilməklə Allahın cəzasına layiqdir.فوائد الحديث
Alkaqollu içkinin haram edilməsinin səbəbi, sərxoşedici olmasıdır və hansı növ olmasından asılı olmayaraq hər sərxoşedici şey haramdır.
Uca Allah tərkibindəki böyük zərər və fəsadlara görə alkaqollu içkini haram etmişdir.
Cənnətdə şərab içmək, ləzzətin kamilliyi və nemətin tam olmasındandır.
Kim bu dünyada öz nəfsini içki içməkdən saxlamazsa, Allah ona cənnətdə şərab içməyi haram edər. Çünki, cəza əməlin cinsindəndir.
Ölümdən əvvəl günahlardan tövbə etməyə tələsməyə təşviq etmək.
التصنيفات
Haram olan içkilər