إعدادات العرض
Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir
Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir
Kə'b bin-Ucrədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy Čeština नेपाली Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย മലയാളം Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof ქართული Magyar Moore Українська Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəyyən zikrlərdən xəbər vermişdir ki, bunları söyləyən nə uduzar, nə də ki peşman olar. Əksinə, o, bu kəlimələrin savabına nail olar. Onlar bir-birinin ardınca gəlir və fərz namazından sonra deyilir. Bu zikrlər aşağıdakılardır: 33 dəfə "Subhənallah" demək , yəni Uca Allahı bütün nöqsanlardan münəzzəh etmək (uzaq tutmaq). 33 dəfə "Əlhəmdulilləh" demək. Bu, Allahı sevərək və təzim edərək, onu tam kamilliklə vəsf etməkdir. 34 dəfə "Allahu Əkbər" demək. Çünki Allah hər şeydən böyükdür, əzəmətli və qüdrətlidir.فوائد الحديث
"Subhənallah, Əlhəmdu lilləh və Allahu Əkbər" deməyin fəziləti, çünki bunlar qalıcı saleh əməllərdir.