إعدادات العرض
Adəm oğlu məni yalanladı və onun belə bir haqqı yox idi və məni söydü, lakin onun buna haqqı yox idi
Adəm oğlu məni yalanladı və onun belə bir haqqı yox idi və məni söydü, lakin onun buna haqqı yox idi
Əbu Hureyradan (Allah ondan razı olsun) belə rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: “Allah buyurdu: Adəm oğlu məni yalanladı və onun belə bir haqqı yox idi və məni söydü, lakin onun buna haqqı yox idi. Məni yalanlamasına gəlincə- "Allah məni yaratdığı kimi, təkrar məni diriltməyəcəkdir " deməsidir. Halbuki, onu yenidən diriltmək ilk dəfə onu yoxdan yaratmağımdan daha asandır. Məni söyməsinə gəlincə-“Allah özünə övlad götürdü " deməsidir. Lakin mən təkəm, möhtac deyiləm, mən doğmamışam və doğulmamışam və mənim heç bir tayım-bənzərim yoxdur".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy Čeština नेपाली Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย മലയാളം Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Magyar ქართული Moore Українська Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qüdsi hədisdə bəyan edir ki, izzət və cəlal sahibi olan Allah-müşriklər və kafirlərin onu yalanladıqlarını və Onu eyib və nöqsanlarla vəsf etdiklərini bildirir, lakin onlar bunu etməməli idilər. Onların Allahı yalanlamaqlarına gəlincə: Allahın onları ilk dəfə yoxdan yaratdığı halda, öldükdən sonra onları qaytarmayacağını (diriltməyəcəyini) iddia etmələridir. Allah onlara cavab verdi ki, yoxdan yaradan Allah onları geri qaytarmağa qadirdir və bu daha asandır. Allaha nisbətdə yoxdan yaratmaq və təkrar diriltmək, hər ikisi də eynidir. Allah hər şeyə qadirdir. Onların Allahı söyməyinə gəldikdə isə: “Allahın oğlu var" demələridir. Və Allah onlara cavab verdi ki, O, adlarında, sifətlərində və fellərində bütün kamillikləri ilə birdir, hər bir nöqsan və eyibdən uzaqdır, heç kimə möhtac olmayan əs-Saməddir, hər kəs Ona möhtacdır və O, heç kimin valideyni deyil, heç kimin övladı da deyildir. Uca və Pak olan Allahın tayı və bənzəri yoxdur.فوائد الحديث
Uca Allahın kamil qüdrətini isbat etmək.
Öldükdən sonra dirilməyi isbat etmək.
Öldükdən sonra dirilməyi inkar edən və Uca Allaha övlad nisbət edənin küfr etməsi.
Uca Allahın tayı və bənzəri yoxdur.
Pak ola Allahın mərhəmətinin genişliyi və kafirlərə tövbə edib dönmələri üçün möhlət verməsi.
التصنيفات
Ad və sifətlər tövhidi