إعدادات العرض
Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul…
Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun
Ubey bin Kəbdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ey Əbul Munzir, bilirsənmi ki, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: Allah və Rəsulu ən doğrusunu bilir! Dedi: "Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun".
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Indonesia ئۇيغۇرچە বাংলা Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Kurdî Wolof Moore Soomaali Français Tagalog Українська தமிழ் Bambara Deutsch ქართული Português Македонски Magyar Русский 中文 فارسی ភាសាខ្មែរ አማርኛ Malagasy Oromoo ไทย मराठी ਪੰਜਾਬੀ Türkçe Lingala Italiano Dansk kmr Kirundiالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ubey bin Kabdən Allahın kitabında olan ən əzəmətli ayə haqqında soruşur. O isə tərəddüd edir, sonra deyir: Bu kürsi ayəsidir: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onu dəstəkləyib, sinəsinə vuraraq qəlbinin elm və hikmətlə dolu olduğuna işarə edir. Bu elmlə xoşbəxt olması üçün və elmin ona asanlaşdırılması üçün Allaha dua edir.فوائد الحديث
Bu, Ubey bin Kabın (Allah ondan razı olsun) fəzilətinə dair önəmli qissədir.
Kürsi ayəsi uca Allahın kitabında ən əzəmətli ayədir, onu əzbərləmək, mənaları haqda düşünmək və ona əməl etmək lazımdır.
