Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı.

Amr bin Amirdən (Allah ona rəhmət etsin) rəvayət edildiyinə görə Ənəs bin Malik (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı. Dedim ki: Bəs siz necə edirdiz? O da: Bizdən birisi dəstəmazını pozmadığı müddətcə aldığı dəstəmaz ona kifayət edərdi- deyərək cavab verdi.

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fəzilət və savaba nail olmaq üçün dəstəmazı pozulmasa da hər namaz üçün dəstəmaz alırdı. Bir kimsənin dəstəmazı olduğu müddətcə aldığı dəstəmazla birdən çox fərz namazı qılması caizdir.

فوائد الحديث

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox əməli, mükəmməl olanı əldə etmək üçün hər namaza dəstəmaz alması idi.

Hər namaz üçün dəstəmaz almaq müstəhədir.

Bir dəstəmazla birdən çox fəzr namazı qılmaq caizdir.

التصنيفات

Dəstəmazın fəziləti