إعدادات العرض
Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır
Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Italiano Bosanski ಕನ್ನಡ Kurdî Oromoo Română Shqip Soomaali Српски Wolof Українська Tagalog தமிழ் Moore Malagasy فارسی ქართული 中文 Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fərz namazların tərk edilməsindən çəkindirmiş, kişi ilə şirkə və küfrə düşməsi arasında namazın tərk edilməsi olduğunu xəbər vermişdir. Namaz İslamin ikinci rükunudur. Namazın İslamda yeri əzəmətlidir. Kim namazın vacib olunduğunu inkar edərək tərk edərsə, o, müsəlmanların icması ilə kafir olar. Namazı səhlənkarlıq və tənbəllikdən dolayı bütünlüklə tərk edən kimsə də kafirdir. Bu məsələdə bizə səhabələrin icması nəql edilmişdir. Əgər bir kimsə namazı bəzən qılıb, bəzən də tərk edərsə, o, bu şiddətli təhdidə məruz qalar.فوائد الحديث
Hədisdə namazın əhəmiyyəti və namazları vaxtı-vaxtında qılmasının vacibliyi ifadə edilmişdir. Namaz, iman ilə küfür arasını ayıran bir özəllikdir.
Namazı tərk etmək və namaza qarşı səhlənkar yanaşmaq qadağan edilmişdir.