إعدادات العرض
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam
Əbu Abdullah Cabir bin Abdullah əl-Ənsari (Allah onların hər ikisindən razı olsun) belə demişdir: Bir kişi Allah Rəsulundan (sallallahu aleyhi va səlləm) soruşaraq belə dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam və bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olarammı? Allah Rəsulu (sallallahu aleyhi va səlləm) ona: "Bəli" – deyərək cavab verdi.
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə bizə, beş vaxt fərz namazı qılıb, nafilə olaraq başqa namaz qılmayan, Ramazan orucunu tutub, nafilə olaraq başqa nafilə oruc tutmayan, halalların halal olduğunu etiqad edib, onları edən və haramların da haram olduğunu etiqad edib, onlardan çəkinən kimsənin Cənnətə girəcəyini bəyan etmişdir.فوائد الحديث
Müsəlman, fərzləri yerinə yetirməyə və haramları tərk etməyə həris olmalı və əsas qayəsi də Cənnətə daxil olmaq olmalıdır.
Hədisdə, halalı halal olaraq etiqad edib, onu etməyin və haramı da haram olaraq etiqad edib, ondan çəkinməyin əhəmiyyəti vurğulanmışdır.
Vacibləri yerinə yetirmək və haramlardan çəkinmək Cənnətə daxil olmaq üçün səbəbidir.
