إعدادات العرض
Uca Allah Qiyamət günü əzabı ən yüngül olan cəhənnəm əhlinə deyəcək: Əgər yer üzərində olanlar sənin olsaydı, onları bu əzabdan qurtulmaq üçün verərdinmi? O, deyəcək: Bəli
Uca Allah Qiyamət günü əzabı ən yüngül olan cəhənnəm əhlinə deyəcək: Əgər yer üzərində olanlar sənin olsaydı, onları bu əzabdan qurtulmaq üçün verərdinmi? O, deyəcək: Bəli
Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Uca Allah Qiyamət günü əzabı ən yüngül olan cəhənnəm əhlinə deyəcək: Əgər yer üzərində olanlar sənin olsaydı, onları bu əzabdan qurtulmaq üçün verərdinmi? O, deyəcək: Bəli və Allah deyəcək: Sən Adəmin belində ikən, mən səndən bundan daha asan olanını istədim: Mənə heç bir şeyi şərik qoşma. Lakin sən boyun qaçırdın və Mənə şərik qoşdun.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî Português සිංහල অসমীয়া Kiswahili ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Кыргызча Română Svenska తెలుగు Српски ქართული Moore Magyar Македонски Čeština Українська Kinyarwanda Wolof Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah cəhənnəmə daxil olduqdan sonra orada ən yüngül əzab görəcək insana belə deyəcək: “Əgər dünya və onun içində olan hər şey sənin olsaydı, onu bu əzabdan qurtulmaq üçün fəda edərdinmi? O, deyəcək:Bəli Allah deyəcək: Mən, sən Adəmin belində ikən, Mənə heç bir şeyi şərik qoşmamaq haqqında səndən əhd aldığım zaman, səndən bundan daha asan olanını istədim və əmr etdim. Lakin səni bu dünyaya gətirdiyim zaman sən boyun qaçırdın və mənə şərik qoşdun.فوائد الحديث
Tövhidin fəziləti və ona əməl etməyin asan olması.
Uca Allaha şərik qoşmağın təhlükəsi və onun pis aqibəti.
Allah, Adəm övladlarından ataları Adəmin belində ikən Ona şərik qoşmamaq haqqında əhd almışdır.
Allaha şərik qoşmaqdan çəkindirmək və Qiyamət günü bütün dünyanın kafirlərə heç bir faydası olmayacaq.
التصنيفات
Üluhiyyə tövhidi