nəzir etməyi qadağan etdi və dedi: “O, xeyir gətirməz, əksinə, onunla yalnız xəsisdən nə isə əldə edilər”

nəzir etməyi qadağan etdi və dedi: “O, xeyir gətirməz, əksinə, onunla yalnız xəsisdən nə isə əldə edilər”

İbn Ömərdən (Allah hər ikisindən razı olsun) belə rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) nəzir etməyi qadağan etdi və dedi: “O, xeyir gətirməz, əksinə, onunla yalnız xəsisdən nə isə əldə edilər”.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

O (Allahın salavatı və salamı onun üzərinə olsun) nəzir etməyi qadağan etmişdir ki, bu da insanın, şəriətin ona vacib etmədiyi bir şeyi özünə vacib etməsidir. Buyurmuşdur ki: Nəzir bir şeyi nə tezləşdirər, nə də təxirə salar, onunla, yalnız üzərinə vacib olanı yerinə yetirməklə kifayətlənən xəsisdən bir şey alınar və nəzir, sahibinə onun üçün təqdir edilməyən bir şey gətirməz.

فوائد الحديث

Nəzir etmək icazəli deyil, lakin bir kəs nəzir etsə, nəzir etdiyi şey günah deyilsə, onu yerinə yetirməsi ona vacib olar.

Qadağanın səbəbi (onun xeyir gətirməməsidir); Çünki o Allahın hökmündən heç bir şey geri qaytara bilməz və nəzir verən zənn etməsin ki, istəyinin yerinə yetirilməsi nəziri səbəbi ilə olub. Uca Allahın buna ehtiyacı yoxdur.

Əl-Qurtubi dedi: “Bu qadağanın məqamı, məsələn belə söyləməkdir: “Allah mənim xəstəmə şəfa verərsə, mən filan qədər sədəqə verəcəm”. Bunun bəyənilməməsinin səbəbi isə qeyd edilən xeyir əməl yuxarıda qeyd edilən məqsəddən asılı olduqda, onun etdiyi əməllərə görə Uca Allaha yaxınlaşmaq niyyəti olmadığı, əksinə, əvəzləşmə yolunu tutması üzə çıxır. Əgər Allah onun xəstəsini sağaltmasaydı, onun sağalması üçün şərt bağladığı sədəqəni verməməsi bunu açıq şəkildə izah edir. Bu, isə xəsisin halıdır, çünki,o, öz malından yalnız verdiyindən daha artıq və təcili bir əvəz aldıqda xərcləyir.

التصنيفات

Andlar və nəzirlər