Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılarkən (səcdədə) əllərini qoltuqaltılarının ağartısı görünənə qədər aralayardı

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılarkən (səcdədə) əllərini qoltuqaltılarının ağartısı görünənə qədər aralayardı

Abdullah bin Məlik bin Buheynədən (Allah ondan razı olsun) rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılarkən (səcdədə) əllərini qoltuqaltılarının ağartısı görünənə qədər aralayardı.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

O, (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdə zamanı əllərinin arasını aralayardı; hər iki əlini iki qanad kimi, qoltuqaltılarının dərisinin rəngi görünənə qədər aralayardı. Bu, qolların qanad kimi açılması və yanlardan aralı tutulmasında mübaliğədir.

فوائد الحديث

Bu forma - qolları yanlardan ayırmaq - səcdədə bəyəniləndir.

Məmumun (imama tabe olan) yanında namaz qılan, onun qollarını aralamasından əziyyət çəkərsə, onun bunu etməsi icazəli deyil.

Səcdədə qolları aralamağın çoxlu hikmətləri və faydaları vardır, bunlardan: namazda fəallıq və rəğbət göstərmək və həmçinin, namaz qılan bütün səcdə üzvlərinə etimad etdikdə, hər bir üzv ibadətdən öz haqqını almış olur. Deyilmişdir: Bunda hikmət odur ki, bu hal təvazökarlığa daha çox bənzəyir və alın və burnun yerə daha yaxşı qoyulması və həmçinin hər bir üzvün özlüyündə fərqlənməsi üçün daha təsirlidir.

التصنيفات

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namazda olan yolu