إعدادات العرض
Mən, şərik olmağa möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm
Mən, şərik olmağa möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allah -Təbarakə va Təalə- buyurmuşdur: Mən, şərik olmağa möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල தமிழ் ไทย دری Akan Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy नेपाली or Română Kinyarwanda тоҷикӣ O‘zbek Moore Wolof Oromoo bm Українська rn km Српски ქართული Македонски Русскийالشرح
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməli həm Allah, həm də Allahdan qeyrisi üçün edərsə, həmin əməlin ondan qəbul olmayacağını xəbər vermişdir. Beləliklə əməli ixlasla Uca Allah üçün etmək lazımdır.Çünki, Uca Allah yalnız Onun üçün edilən əməli qəbul edir.فوائد الحديث
Şirkin bütün növlərindən çəkindirmək lazımdır, çünki şirk əməlin qəbul olmasına maneədir.
Uca Allahın əzəmətini və Onun heç bir şeyə ehtiyacı olmadığını bilib düşünmək insana əməl edərkən ixlaslı olmağa yardım edir.