إعدادات العرض
Siz iman gətirməyincə cənnətə daxil olmazssızvə bir-birinizi sevməyincə də iman gətirmiş sayılmazsınız. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevərsiz ? "Aranızda salamı yayın
Siz iman gətirməyincə cənnətə daxil olmazssızvə bir-birinizi sevməyincə də iman gətirmiş sayılmazsınız. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevərsiz ? "Aranızda salamı yayın
Əbu Hureyradan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Siz iman gətirməyincə cənnətə daxil olmazssızvə bir-birinizi sevməyincə də iman gətirmiş sayılmazsınız. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevərsiz ? "Aranızda salamı yayın."
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda తెలుగు Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip ქართული Magyar বাংলাالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Cənnətə yalnız möminlərin daxil olacağını, bir-birilərini sevməyincə də imanlarının kamil olmayacağını və nəticə etibarı ilə müsəlman toplumun islah olmayacağını açıqlamışdır. Beləliklə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlar arasında məhəbbətə səbəb ola biləcək ən faydalı əmələ, Allahın qulları üçün salamlaşma olaraq təyin etdiyi, salamı yaymağa yönləndirdi.فوائد الحديث
Cənnətə yalnız imanla daxil olmaq mümkündür.
Müsəlman özünə rəva bilib sevdiyini, qardaşı üçün də sevməsi imanın kamilliyindəndir.
İnsanlar arasında sevgi və əminamanlığın genişlənməsi nöqteyi nəzərindən, salam vermək və müsəlmanları da ona təşviq etməyin müstəhəb olması.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) "aranızda" sözünə əsasən salam yalnız müsəlmana verilir.
Salamı yaymaq -ayrılıq, bir-birini tərk etmə və düşmənçiliyi aradan qaldırır.
Müsəlmanlar arasında sevginin əhəmiyyəti və imanın kamilliyinin bir parçası olması.
Başqa bir hədisdə isə salamın tam forması: “Əssələmu aleykum va rahmətullahi va barakatuhu (Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun)" varid olmuşdur. “Əs-sələmu aleykum” da kifayət olan formasıdır.
التصنيفات
Əzalarla edilən əməllərin fəziləti