Sən kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et

Sən kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et

İbn Abbasdan -Allah ondan və atasından razı olsun- rəvayət edilən bir hədisdə o belə demişdir: Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə buyurdu: "Sən kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Əgər onlar bu işdə sənə tabe olsalar, Allahın onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etdiyini bildir. Əgər onlar bu işdə sənə tabe olsalar, onlara zənginlərdən alınıb fəqirlərə veriləcək olan zəkatı da fərz etdiyini bildir. Əgər onlar bu işdə də sənə tabe olsalar, bu zaman mallarının ən yaxşısını almaqdan çəkin! Məzlumun duasından qorx! Çünki məzlumun duası ilə Allah arasında heç bir pərdə yoxdur".

[Sahih/Authentic.] [Al-Bukhari and Muslim]

الشرح

Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli - Allah ondan razı olsun - Yəmənə Allahın dininə dəvət edən və müəllim olaraq göndərdiyi zaman xristian bir qövmlə qarşılaşacağını və onlara qarşı hazırlıqlı olmasını söyləmişdir. Sonra da onları ən önəmli olan xüsusdan başlayaraq dəvət etməsini nəsihət etmişdir. Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin -salləllahu aleyhi va səlləm- də Onun Rəsulu olduğuna şahidlik edərək öncəliklə onların əqidələrini islah etməyə dəvət etmişdir. Çünki onlar, İslama şəhadət kəlməsini tələffüz edərək daxil olarlar. Əgər bunu qəbul edərlərsə,namaz qılmalarını onlara əmr et, çünki namaz tövhiddən sonra ən əzəmətli fərzdir. Əgər onlar namaz qılmağı qəbul edərlərsə, zənginlərinə mallarının zəkatını yoxsullara vermələrini əmr etmişdir. Sonra Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli -Allah ondan razı olsun - zəkat olaraq onların mallarının ən yaxşısını götürməsindən çəkindirmişdir. Çünki fərz olan orta keyfiyyətdə olan mallardan zəkatın verilməsidir. Sonra Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbələ - Allah ondan razı olsun - məzlumun ona bəd dua etməməsi üçün zülmdən çəkinməyi nəsihət etmişdir. Çünki məzlumun duası geri çevrilməz.

فوائد الحديث

Lə iləhə illəllah şəhadətinin mənası Allahı ibadətdə təkləşdirmək və Ondan başqasına ibadət etməyi tərk etməkdir.

Muhammədin -salləllahu aleyhi va səlləm- Allahın Rəsulu olduğuna şəhadət etmənin mənası isə ona və onun gətirdiklərinə iman edib təsdiqləmək və onun bəşəriyyətə göndərilən Allahın son Rəsulu olduğunu təsdiq etməkdir.

Məlumatlı və şübhə içində olan kimsələrə xitab etmək cahil kəslərə xitab etmək kimi eyni deyildir. Buna görə də Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbələ: "Sən kitab əhli olan bir qövmə gedirsən". deyərək onu xəbərdar etmişdir.

Müsəlmanın şübhə sahiblərinin şübhələrindən xilas olması üçün dinində bəsirət sahibi olması önəmlidir. Bu da ancaq elm tələb etməklə mümkündür.

Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- peyğəmbər olaraq göndərilməsindən sonra yəhudi və xristian dininin batil hesab olunmuşdur.Kitab əhli İslamı qəbul etmədikləri və Peyğəmbərə -salləllahu aleyhi va səlləm- iman gətirmədikləri müddətcə, qiyamət günü qurtuluş əhlindən olmayacaqlar.