Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz

Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, namazın səhihlik şərtlərindən biri də təmizlikdir. Ona görə də namaz qılmaq istəyən yuxudan ayıldıqda, nəcis və sidiyin ifrazı və bu kimi digər dəstəmazı batil edən hallar baş verdikdə dəstəmaz almalıdır.

فوائد الحديث

Böyük cənabətdən qüsl almayınca (çimmək), sidik və nəcis ifrazından dəstəmaz alıb təmizlənməyincə, namaz qəbul olunmaz.

Dəstəmaz: suyu götürərək, ağızda bütünlüklə dövr etdirmək və çıxarmaq, sonra nəfəsi ilə suyu burnunun içinə çəkmək, sonra çıxarmaq, sonra üç dəfə üzünü yumaq, sonra əlləri dirsəklər də daxil olmaqla üç dəfə yumaq, sonra bütün başına bir dəfə məsh çəkmək, sonra üç dəfə ayaqları topuqlar da daxil olmaqla yumaqdır.

التصنيفات

Dəstəmaz