Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır

Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır

Muaz bin Cəbəl (Allah ondan razı olsun) demişdir: Mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idim. Bir gün, biz yol gedərkən ona yaxınlaşdım və dedim: "Ey Allahın Rəsulu, məni Cənnətə daxil edəcək və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır". Gərək, Allaha ibadət edəsən və Ona heç bir şeyi şərik qoşmayasan, namazı qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və Kəbəni ziyarət edəsən”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Səni xeyir qapılarına yönəldimmi? Oruc qalxandır. Sədəqə suyun odu söndürdüyü kimi günahları söndürür (silir). Kişinin gecənin ortasında qıldığı namazı da, habelə”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə dinin başı, onun dirəyi və ən uca zirvəsi barədə xəbər verimmi?” Mən dedim: "Bəli, Ey Allahın Rəsulu". O, buyurdu: “Dinin başı İslam, dirəyi namaz, ən uca zirvəsi isə cihaddır”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə bunların hamısını özündə cəm edən xislət barədə xəbər verimmi?”. Mən dedim: "Əlbəttə, Ey Allahın Rəsulu". O, əli ilə öz dilini tutub dedi: “Bunu, saxla!” Mən dedim: "Ey Allahın Peyğəmbəri! Məgər biz, danışdığımız sözlərə görə hesaba çəkiləcəyik?!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzüstə yaxud burunları üzərində Cəhənnəmə sürükləyən yalnız dilləri ilə əkdiklərinin bəhrəsi deyilmi?!”.

[Rəvayət yollarının məcmusuyla səhih olan] [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi]

الشرح

Muaz (Allah ondan razı olsun) demişdir: Mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idim. Bir gün biz yol gedərkən ona yaxınlaşdım və dedim: "Ey Allahın Rəsulu, məni Cənnətə daxil edəcək və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sən artıq edilməsi nəfslərə əzəmətli gələn bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asan və rahahatdır; İslamın fərzlərini yerinə yetir: Birincisi: Tək Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma. İkincisi: Gecə və gündüz, şərtlərini, rukunlarını və vaciblərini yerinə yetirərək: fəcr, zöhr, əsr, məğrib və işa olmaqla beş vaxt fərz namazlarını doğru-düzgün qıl. Üçüncüsü: Fərz olan zəkatı ver. Zəkat, şəriətdə müəyyən miqdara çatan hər bir maldan çıxarılıb, zəkata layiq kimsələrə verilən, vacib və mal ilə olan ibadətidir. Dördüncüsü: Ramazan ayını oruc tut. Oruc sübh namazı girdikdən günəş batana qədər yeməkdən, içməkdən və orucu batil edən digər şeylərdən ibadət niyyəti ilə imtina etməkdir. Beşincisi: Uca Allaha ibadət etmək məqsədi ilə - müəyyən ayinləri icra etmək üçün Məkkəyə gedib, Allahın Evinə həcc et. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dedi: Sənə xeyir qapılarına aparan yolu öyrədimmi? Bu, o fərzlərin ardınca nafilə ibadətlər etməklədir: Birincisi: Nafilə orucdur. Bu, şəhvəti sındıraraq və nəfsi zəiflədərək insanın günahlara düşməsinə maneə olur. İkincisi: Nafilə sədəqə insan günah etdikdən sonra günahı söndürür, onu yuyub aparır və əsərini silir. Üçüncü: Kişinin gecənin axırıncı üçdə birində qıldığı təhəccüd namazı. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) Uca Allahın bu ayəsini oxudu: {Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan} yəni: yatdıqları yerdən qaldırır, {qorxu və ümid içində öz Rəbbinə yalvarır} yəni: namaz, zikr, Quran oxumaq və dua etməklə və {onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir} yəni: Qiyamət günü və Cənnətdə onlar üçün gözlərini sevindirəcək hansı nemətlər saxlandığını kimsə bilməz {etdikləri əməllərin mükafatı olaraq}. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Sənə dinin əsası, dinin sökəndiyi dirəyi və ən uca zirvəsi haqqında xəbər verimmi? Muaz (Allah ondan razı olsun) dedi: Bəli, Ey Allahın Rəsulu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Dinin başı İslamdır və onun əsası iki şəhadətdir və bu ikisi ilə insan dinin əslinə sahib olur. Dinin dirəyi isə namazdır. Dirəksiz ev olmadığı kimi namazsız da İslam yoxdur. Kim namaz qılarsa dini qüvvətlənər və ucalar. Dinin ən uca və ən ali zirvəsi isə cihad və həmçinin Allahın kəlməsini uca tutmaq üçün dinin düşmənləri ilə mübarizədə səy göstərməklə əldə edilir. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Sənə bütün bu dediklərimi möhkəmlədən və kamilləşdirən bir şey haqqında xəbər verimmi? Peyğəmbər (sallallahu aleyhi və səlləm) dilini tutub belə dedi: Bunu qoru və sənə aid olmayan şeylər haqqında danışma. Muaz dedi: Rəbbimiz bizi danışdığımız hər bir sözə görə hesaba çəkəcək və cəza verəcəkmi?! Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Anan səni itirsin ey Muaz!”. Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Muaza (Allah ondan razı olsun) heç də bəddua etməsi anlamında deyil, sadəcə bu kəlimə, ərəblərin qarşısındakı insanı, bilib, diqqət etməli olduğu bir işə xəbərdarlıq etməsi üçündür. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dedi: Məgər insanları üzüstə Cəhənnəmə sürükləyib atan onların dilləri ilə etdikləri küfr, iftira, söyüş, qeybət, nəmmamlıq, böhtan və s. bu kimi günahları deyilmi?!

فوائد الحديث

Səhabələrin (Allah onlardan razı olsun) elmə olan hərisliyi. Buna görə də onlar Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çoxlu suallar verərdilər.

Səhabələrin (Allah onlardan razı olsun) əməllərin Cənnətə daxil olmaq üçün səbəb olduğunu bilmələri onların dini bilgilərindən qaynaqlanırdı.

Muazın (Allah ondan razı olsun) verdiyi sual əzəmətli sualdır. Çünki əslində bu sual, həyatın və varlığın sirridir. İstət insan, istərsə də cin olmasından aslı olmayaraq dünyada mövcud olan varlığın sonu ya Cənnətdir va da Cəhənnəm. Ona görə də bu sual əzəmətli sual idi.

Cənnətə daxil olmaq İslamın beş şərtinə əməl etməkdən asılıdır. Bunlar: İki şəhadət kəlməsini (mənasını anlayaraq) tələffüz etmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və Həccə getməkdir.

Dinin başı, işlərin ən qiymətlisi və vacibərin ən üstünü heç bir şəriki olmayan Tək Uca Allahı ibadətdə təkləşdirməkdir.

Uca Allah öz qullarına xeyir qapılarını açmaqla onlara rəhm edir ki, onlar savab qazanmaq və günahlarının bağışlanması üçün vasitələr əldə etsinlər.

Fərz ibadətləri yerinə yetirdikdən sonra nafilə ibadətlərlə Uca Allaha yaxınlaşmağın fəziləti.

İslamda namaz, çadırın üzərində dayandığı dirəyinə (sütununa) bənzəyir. Dirək yıxıldıqda çadır da yıxıldığı kimi, namaz da olmasa İslam yox olub gedər.

Dili, insana dinində zərər verən şeylərdən qorumaq vacibdir.

Dili cilovlamaq, ona nəzarət etmək və qoruyub-saxlamaq hər bir xeyirin əsasıdır.

التصنيفات

İslam