Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir

Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir

Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Əməllər niyyətə görədir, həqiqətən insan niyyəti üzərindədir, kimin hicrəti Allah və rəsulu üçün olarsa, onun hicrəti Allah və rəsulu üçündür, kimin hicrəti əldə edəcəyi dünya və evlənəcəyi qadın olarsa, hicrəti də niyyətinə uyğun olar". Buxarinin ləfzində: "Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, bütün əməllər niyyətlə tam olub etibarlı sayılır və bu hökm, ibadətdə və insanlar arasındakı müxtəlif əlaqəli əməllərə şamil olunan ümumi hökmdür, kim əməliylə mənfəət güdərsə, yalnız o mənfəətə nail olar, savaba çatmaz, lakin kim əməliylə, uca Allaha yaxınlaşmağı niyyət edərsə - hətta bu əməli gündəlik etdiyi yemək və içmək kimi əməllər olsa belə - əməlinin mükafatına və savabına çatmış olar. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) edilən əməllərin zahirinə görə bənzər olmasına baxmayaraq, onlara niyyətin təsirini bəyan etmək üçün misal çəkərək bildirir ki, kim hicrəti və vətənini tərk etməklə Rəbbinin razılığını umarsa, onun hicrəti qəbul edilmiş şərii hicrətdir, niyyətinin doğruluğuna görə savab qazanacaq, kim hicrətiylə mal-dövlət, şöhrət, ticarət, evlənəcəyi qadın kimi dünyəvi mənfəət güdərsə, hicrətindən yalnız niyyət etdiyi mənfəəti əldə edəcək, lakin əcr və savab qazanmayacaq.

فوائد الحديث

İxlasa təşviq , çünki Allah yalnız Onun razılığı üçün edilmiş əməli qəbul edir.

İzzət və cəlal sahibi olan Allaha yaxınlaşdıran əməlləri mükəlləf olan insan adət olaraq edərsə, bunları Allah üçün etmədikcə, savab əldə etməz.

التصنيفات

Qəlb əməlləri