إعدادات العرض
Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır
Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır, onlar hökmlərində, ailələrində və idarə etdikləri məsələlərdə adil davrananlardır."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी සිංහල Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Hausa ไทย دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Malagasy тоҷикӣ Oromoo Wolof Soomaali Български Українська ქართული bm Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, əmrləri və hökmləri altında olan insanlar arasında və ailələrində ədalət və haqla hökm verənlər Qiyamət günü onlara hörmət olaraq nurdan yaradılmış yüksək taxtlarda əyləşəcəklər. Bu minbərlər uca Rəhmanın sağındadır. Pak olan Allahın hər iki əli sağdır.فوائد الحديث
Ədalətin fəziləti və ona təşviq.
Ədalət məfhumu ümumidir, bütün idarəçiliyi və insanlar arasında hökm verməni, qadınlar və övladlar arasında ədalətli davranışı və başqa halları belə əhatə edir.
Qiyamət günü adil kəslərin məqamının bəyanı.
Qiyamət günü iman əhlinin əməllərinə görə dərəcələrinin fərqliliyi.
Həvəsləndirici üsullar, insanı haqqa, itaətə dəvət etmək üçün çağırış metodlarındandır.
التصنيفات
Gözəl əxlaq