إعدادات العرض
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”
Amr bin Şueyb, atası vasitəsilə babasından rəvayət edərək dedi: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”.
[Həsən] [Əbu Davud rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Українська ქართული Moore Magyar Shqip Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, ata övladlarına - oğlan və qızlara -yeddi yaşında ikən namaz qılmağı əmr etməli və onlara namaz qılmaq üçün lazım olan şeyləri öyrətməlidir. Onlar on yaşına çatdıqda bunu daha çox əmr etməlidir. Övlad bu işdə səhlənkarlıq edərsə, ata onu vurur və onların yatağını ayırır.فوائد الحديث
Balaca uşaqlara həddi-buluğa çatmamışdan əvvəl din məsələlərini öyrətmək və bunların ən əhəmiyyətlilərindən biri namazdır.
Uşağı vurmaq ona işgəncə etmək üçün deyil, onu tərbiyələndirmək üçündür. Ona görə də uşağın halı nəzərə alınaraq vurulmalıdır.
Şəriətin irzin (namusun) qorunmasına diqqət yetirməsi və fitnə-fəsada səbəb ola biləcək hər bir yolun qarşısını alması.