إعدادات العرض
Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə
Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə
Əbu Zərrdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: "Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə."
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල ไทย دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Malagasy Български Українська ქართული bm тоҷикӣ Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cüzi olsa belə xeyir əmələ təşviq edir və onun şənini kiçiltməməyi tövsiyə edir. Buna misal olaraq görüş zamanı təbəssüm etməyi göstərmək olar. Müsəlman qardaşla ünsiyyətdə səmimiyyət, qəlbinə sevinc bəxş etmək kimi xüsusiyyətlərə malik olmaq üçün hər bir müsəlman bu kimi əməllərə həris olmalıdır.فوائد الحديث
Möminlər arasında məhəbbət, görüşdükdə təbəssüm və bir-birini sevindirməyin fəziləti.
Şəriətin hər bir məsələni özündə ehtiva etməsi və kamilliyi. O müsəlmanların islahı və sözlərinin birliyini təsbit etmək üçün bərqərar olmuşdur.
Az olsa belə, xeyir əməli etməyə təşviq.
Müsəlmanları sevindirməyin müstəhəbliyi, belə ki, bu onların birliyini reallaşdırır.
التصنيفات
Gözəl əxlaq