إعدادات العرض
Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz
Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz
Cubeyr bin Mutimdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz."
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල தமிழ் ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська ქართული Lingala тоҷикӣ bm Malagasy Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, qohumlarla əlaqəni kəsən, haqlarını ödəməyən, onlara pislik edib əziyyət verən şəxs cənnətə layiq deyildir.فوائد الحديث
Qohumluq əlaqələrini kəsmək böyük günahlardandır.
Qohumluq əlaqələri, insanlar arasındakı münasibətə, adət ənənəyə əsasən qurulur və zamana, məkana və şəxslərə görə dəyişə bilər.
Qohumluq əlaqələri, onları ziyarət etməklə, sədəqə verməklə, onlara yaxşılıq etməklə, həmçinin xəstəni ziyarət etmək kimi, xeyir işləri əmr edib, pis əməllərdən çəkindirmək kimi və buna bənzər əməllərlə mümkündür.
Qohumluğun yaxınlıq dərəcəsi artdıqca, onlarla əlaqələri kəsməyin günahı daha da artır.