Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: İslamın hansı əməli daha xeyirlidir? O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”

Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: İslamın hansı əməli daha xeyirlidir? O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir: Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: İslamın hansı əməli daha xeyirlidir? O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşuldu: İslamın hansı xüsusiyyəti daha üstündür? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki xüsusiyyəti qeyd etdi: Birincisi: Sədəqə vermək, hədiyyə etmək, qonaqpərvərlik və ziyafət vermək kimi əməlləri əhatə edən kasıbları yedizdirməyi çoxaltmaq. Aclıq və bahalıq dövründə kasıbları yedizdirməyin fəziləti daha da artır. İkincisi: Tanıdığın və tanımadığın hər bir müsəlmana salam vermək.

فوائد الحديث

Səhabələrin dünya və axirətdə faydalı olan xüsusiyyətləri öyrənməyə olan hərisliyi

Salam vermək və yemək yedizdirmək fəzilətinə və hər zaman insanların onlara ehtiyac duyduqlarına görə İslamda ən fəzilətli əməllərdəndir.

Ehsan (xeyirxahlıq) bu iki xislətlə söz və əməldə birləşir və bu ehsanın ən kamil formasıdır.

Bu xüsusiyyətlər müsəlmanların öz aralarında necə rəftar etmələri ilə əlaqədardır. Həmçinin qulun öz Rəbbi ilə rəftarında da müəyyən xüsusiyyətlər vardır.

İlk olaraq salam vermək müsəlmanlara xasdır, kafirə isə ilk olaraq salam verilməməlidir.

التصنيفات

Fəzilətli əməllər və ədəb-ərkanlar, Salam və icazə istəmə ədəbləri