Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur

Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur

Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur. Kim də kor-koranə cahiliyyə bayrağı altında döyüşər, irqçilik üçün qəzəblənər və ya irqçiliyə dəvət edər yaxud da irqçiliyə yardım edər və bu əsnada öldürülürsə bu ölüm də cahiliyyə ölümüdür. Kim ümmətimə qarşı çıxıb, yaxşı olanını da, pis olanını da (ayırd etmədən) vurar, mömin olanlarına hörmət etməz, əhd sahibinə verdiyi sözü də yerinə yetirməzsə o, məndən deyildir, mən də ondan deyiləm".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əmr sahlərinə itaətsizlik edən, onlara beyət etməyi qəbul edən İslam camaatından ayrılan, bu ayrılıq və itaətsizlik halında ölən kimsənin cahiliyyə əhli kimi öldüyünü xəbər vermişdir. Çünki onlar əmirə itaət etməyən və bir camaata bağlı olmayan, əksinə, bir-birləri ilə döyüşən ayrı-ayrı fiqələrə bölünən bir toplumdur. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, kim, haqq ilə batili ayırd edilmədiyi bir bayraq altında döyüşərsə, dini və haqqı dəstəkləmək üçün deyil, əksinə, qövmünə və ya qəbiləsinə təəssübkeşlikdən dolayı qəzəblənərsə, bəsirət və elm olmadan döyüşər və bu hal üzərə öldürülürsə, o kimsə cahiliyyə adəti üzərində ölmüşdür. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmçinin, ümmətinə qarşı çıxmağın, saleh olanı, facir olandan ayırd etmədən hər birini vurmağın, etdiyi əmələ fikir verməməyin və mömin bir kimsəni öldürməsinin cəzasından qorxmamağın, özləri ilə əhd bağlayan əmr sahiblərinə və ya kafirlərə verdiyi əhdi tutmamağın böyük günahlardan olduğunu xəbər vermişdir. Kim bunları edərsə, hədisdə keçən şiddətli təhdidə məruz qalar.

فوائد الحديث

Uca Allaha asi olan işlər istisna olmaqla, əmr sahiblərinə itaət etməyin vacib olması.

Bu hədis, əmr sahiblərinə qarşı çıxmaqdan, həmçinin, müsəlman camaatından ayrılmaqdan şiddətli bir şəkildə çəkindirmiş və xəbər vermişdir ki, kim də bu hal üzərində ölərsə, o kimsənin, cahiliyyə dönəmində yaşayan insanların öldüyü yol üzərində ölmüş kimidir.

Hadisdə irqçilik edərək döyüşmək qadağan edilmişdir.

Əhdlərə vəfalı olmağın vacibliyi.

Əmr sahiblərinə itaət etməkdə, camaatla birlikdə olmaqda: çoxlu xeyir, əmin-amanlıq, arxayınlıq və xoş güzəran içində yaşamaq vardır.

Cahiliyyə dönəmindəki insanların durumlarına bənzər yaşamaq qadağan edilmişdir.

Müsəlman camaatına bağlı olmaq əmr edilmişdir.

التصنيفات

İmama qarşı çıxmaq