إعدادات العرض
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Wolof Soomaali Français Tagalog Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Lingala Русский 中文الشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Qiyamət gününün böyük əlamətlərindən biri günəşin şərqdən yox batdığ yerdən-məğribdən çıxmasıdır, bunu gördükdə insanlar hamısı iman gətirəcəklər. Bu zaman kafirə imanı, saleh əməli, tövbəsi fayda verməyəcək. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Qiyamət qəflətən, insanların öz gündəlik işləri ilə məşğul olduğu zaman gələcək. Satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq. İnsan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, İnsan hovuzunu düzəldib, suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, İnsan yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.فوائد الحديث
İslam və tövbə günəş məğribdən çıxmadıqca qəbuldur.
Qiyamətin qəflətən qopacağı səbəbindən, ona iman və saleh əməllərlə hazırlaşmağa təşviq edilməsi.