إعدادات العرض
Ölüm, ağ-qara qoç şəklində gətiriləcək
Ölüm, ağ-qara qoç şəklində gətiriləcək
Əbu Səid Əl Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ölüm, ağ-qara qoç şəklində gətiriləcək və mələk səslənəcək: " Ey Cənnət əhli!" və onlar başlarını qaldırıraq baxacaqlar, mələk deyəcək: "Bunu tanıyırsınızmı? Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra mələk səslənəcək: - "Ey cəhənnəm əhli"- və onlar başlarını qaldırıb baxacaqlar, sonra isə mələk onlara deyəcək: "Bunu tanıyırsınızmı?" Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra bu qoç kəsiləcək və mələk deyəcək: Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var." Ardınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər" [Məryəm ,39] dünyada olanlar hələ qəflətdədirlər "və onlar iman gətirmirlər." [Məryəm ,39].
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Wolof Soomaali Français Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文الشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Qiyamət günü ölüm erkək ağ-qara rəngində olan qoç şəklində gətriləcək, Və " Ey Cənnət əhli!" -deyə çağrılırlar və onlar boyunlarını uzadıb, başlarını qaldırıb baxırlar. Və mələk onlara deyir: Bunu tanıyırsınızmı?! Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamısı onu görüb dadmışdır. Sonra mələk: - "Ey cəhənnəm əhli"- deyə çağırır və onlar boyunlarını uzadıb, başlarını qaldırıb baxırlar və onlara deyir: "Bunu tanıyırsınızmı?!" Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamısı onu görüb dadmışdır. Sonra bu qoç kəsilir və mələk deyir: Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var. Bu, möminlərin nemətini, kafirlərin isə əzabını artırmaq üçündür. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və onlar iman gətirmirlər." [Məryəm ,39] Və Qiyamət günü cənnət əhli ilə cəhənnəm əhli bir-birindən ayrılacaq. Hər biri əbədi qalacaqları yerə daxil olacaq. Pis əməl sahibi xeyir əməllər etmədiyinə görə, səhlənkar davranan isə əməllərini artırmadığına görə peşman olacaq.فوائد الحديث
İnsanın axirətdəki aqibəti, Cənnət və ya Cəhənnəmdə əbədi qalmasıdır.
Qiyamət gününün dəhşətindən şiddətli çəkindirmək. O gün peşmançılıq və kədər günüdür.
Cənnət əhlinin sevincinin, cəhənnəm əhlinin hüznünün davamlı olması