إعدادات العرض
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək
Ziyad bin Ləbid (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək". Mən dedim: "Ey Allahın Rəsulu! Biz Quranı oxuduğumuz və övladlarımıza oxutdurduğumuz halda, onlar da Qiyamətə qədər özlərinin və övladlarının oxuduqları halda elm necə yoxa çıxa bilər?" O (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Anan səni itirsin ey Ziyad, mən səni Mədinədə ən fəqih şəxslərdən hesab edirdim, məgər yəhudi və xristianlar tövrat və incili oxumurlarmı?! Lakin, bu iki kitabda olan elmdən qafildirlər".
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Wolof Soomaali Français Oromoo Tagalog Українська mr தமிழ் bm Deutsch ქართული Português Македонски Magyar Русский 中文 فارسی yaoالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sahabələri ararsında ikən onlara belə deyir : Bu dövr, elmin insannlardan uzaqlaşdığı və qaldırıldığı zamandır. Ziyad bin Ləbid (Allah ondan razı olsun) təəccüblənərək Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) sual verdi: Dedi: Elm bizdən necə çəkilib qaldırıla bilər?! Halbuki Quranı oxuduq və onu əzbərlədik; Allaha and olsun ki, onu oxumağa, qadınlarımıza və uşaqlarlarımıza və onların övladlarına oxutdurmağa davam edəcəyik. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) təəccüblə dedi: Anan səni itirsin Ey Ziyad! Səni Mədinənin alimlərindən hesab edirdim. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etdi ki, elmi itirmək Quranı itirmək demək deyil, elmi itirmək - Quranda olan əmrlərə əməl etməmək deməkdir. Yəhudi və xristianların əllərində tövrat və incilin mövcud olmasına baxmayaraq, onlara fayda vermədi, bu iki kitabın məramından xeyirli nəticə çıxarmadılar, məram və məqsəd isə bildiklərinə əməl emələri idi.فوائد الحديث
İnsanların əlində Quran və digər kitaların olması əməlsiz onlara fayda vermir.
Elmin itməsi bir sıra səbəblərlə baş verir ki, bunlardan da: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümü, alimlərin ölümü və elmə əməl etməyin tərkidir.
Qiyamətin əlamətlərindən biri də, elmin itməsi və elmə əməl etməyin tərk olunmasıdır.
Elmlə əməl etməyə təşviq, çünki bu əsas məqsəddir.