إعدادات العرض
Axır zamanda nə sizin nə də ata-babalarınızın eşitmədiyi şeyləri danışan kimsələr olacaqdır. Onlardan uzaq durun, onları da özünüzdən uzaq tutun
Axır zamanda nə sizin nə də ata-babalarınızın eşitmədiyi şeyləri danışan kimsələr olacaqdır. Onlardan uzaq durun, onları da özünüzdən uzaq tutun
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Axır zamanda nə sizin nə də ata-babalarınızın eşitmədiyi şeyləri danışan kimsələr olacaqdır. Onlardan uzaq durun, onları da özünüzdən uzaq tutun».
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Shqip Soomaali Српски Українська Wolof Tagalog Moore Malagasy தமிழ்الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) axır zamanda yalan uyduran, özlərindən öncə kimsənin söyləmədiyi şeyləri söyləyən, yalan və uydurma hədis rəvayət edən kimsələrin çıxacağını xəbər vermişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə kimsələrin uydurma sözləri insanların zehninə yerləşib sonra da ondan qurtarmaq çətin olmasın deyə, onlardan uzaq durub, onlarla oturmamağı və onların sözünü dinləməməyi əmr etmişdir.فوائد الحديث
Hədisdə peyğəmbərlik əlamətlərindən bir əlamət vardır. Belə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinin başına gələcək şeylər barədə xəbər vermiş və Onun xəbər verdiyi kimi də baş vermişdir.
İslam dini və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) adından yalan uyduran kimsələrdən uzaq durmaq və yalan danışdıqlarına görə onların sözlərinə qulaq asmamaq.
Hədislərin sahihliyi və sabit olması isbat edilmədikcə qəbul edilib, yayılması qadağan edilmişdir.