إعدادات العرض
Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» -dedi
Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» -dedi
Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Osman bin Affan (Allah ondan razı olsun) Məscidun-Nəbəvini yenidən inşa etmək istədikdə, insanlar bunu xoş görməyərək Məscidin olduğu kimi qalmasını istədilər. Bunun üzərinə Osman (Allah ondan razı olsun): mən, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» -dedi.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം తెలుగు Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Soomaali Shqip Српски Українська Wolof Moore Tagalog Malagasy தமிழ்الشرح
Osman bin Affan -radiyallahu anhu- Peyğəmbərin -sallallahu aleyhi va səlləm- Məscidinin binasını ilk inşaasından daha yaxşı bir şəkildə yenidən inşa etmək istədi. Məscidun-Nəbəvinin yenidən inşa edilməsi, Məscidin, Peyğəmbərin -sallallahu aleyhi va səlləm- dönəmindəki şəklinin dəyişəcəyi bilərən insanlar Osmanın -Allah Rəsulu- bu fikrini xoş qarşılamadılar. Peyğəmbərin -sallallahu aleyhi va səlləm- Məscidi kərpicdən, tavanı da xurma liflərindən edilmişdir. Lakin Osman -Allah Rəsulu- Məscidi daş və kirəcdən (daha möhkəm tikinti materialı ilə) edərək yenidən inşa etmək istədi və insanlara Peyğəmbərin -sallallahu aleyhi va səlləm- belə deyərkən eşitdiyini xəbər verdi: "Kim, riya və şan-şöhrət olmadan, yalınz Uca Allahın rizasına nail olma üçün bir məscid inşa edərsə, Allah, qulun etdiyi bu əməlin qarşılığını, etdiyi əməldən ən gözəli ilə mükafatlandıracaqdır. Bu mükafat da, Allahın Cənnətdə onun üçün bina etdiyinin bir bənzərini inşa etməsidir.فوائد الحديث
Hədisdə məscid inşa etməyə təşviq edilmiş və bunun fəziləti ifadə edilmişdir.
Məscidin genişləndirilməsi və binasının yenilənməsi, məscid bina etmək fəzilətinə daxildir.
Bütün əməllərdə Uca Allah üçün ixlaslı olmanın önəmi bəyan edilmişdir.
التصنيفات
Məscidlərə aid əhkamlar