إعدادات العرض
Qəbirlər üzərində oturmayın və orada namaz qılmayın
Qəbirlər üzərində oturmayın və orada namaz qılmayın
Əbu Mərsəd əl-Ğənəviydən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Qəbirlər üzərində oturmayın və orada namaz qılmayın."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Deutsch Moore Українська Български Wolof ქართულიالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qəbirlər üzərində oturmağı qadağan etmişdir. Həmçinin qəbirlərə tərəf namaz qılmağı da qadağan etmişdir, belə ki, qəbir namaz qılanın qibləsi istiqamətində olarsa, bu şirkə aparan vasitələrdən olur.فوائد الحديث
Qəbirstanlıqda, qəbirlər arasında, onlara tərəf namaz qılmaq qadağan edilmişdir və burada istisna olan cənazə namazıdır, necə ki bu öz təsdiqini sünnədə tapmışdır.
Şirkə aparan vasitənin qarşısını almaq üçün, qəbirlər istiqamətində namaz qılmaq qadağan edilmişdir.
İslam qəbirlərə münasibətdə həddi aşmağı və onlara hörmətsizlik etməyi, təhqir etməyi qadağan etmişdir. İfrata varmaq icazəli olmadığı kimi, onlara qarşı hörmətsizlik də etmək olmaz.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Ölünün sümüyünü sındırmaq, diri ikən onu sındırmaq kimidir" buyruğuna əsasən müsəlmanın toxunulmazlığı ölümündən sonra da davam edir.